Apr 24, 2017 10:20 Asia/Baku
  • ABŞ PUA-sının hücumunda üç yəmənli sivil həlak olub
    ABŞ PUA-sının hücumunda üç yəmənli sivil həlak olub

ABŞ-a məxus pilotsuz uçan aparatın Yəmənə hücumunda azı üç sivil həlak olub.

Frans-Pressin məlumatına görə, Yəmənin təhlükəsizlik dairələri bildiriblər: ABŞ-ın pilotsuz uçan aparatının Yəmənin Şibvə vilayətinə hücumunda üç sivil həlak olub. 

Bir neçə gün öncə də ABŞ ordusuna məxsus PUA-ların Yəmənin Marib vilayətinə hücumunda üç yəmənli sivil həlak olmuşdu. 

Mart ayından idiyə qədər ABŞ ordusu Yəmənə 70 dəfə hava hücumu həyata keçirib. 

Səudiyyə Ərəbistanı da ABŞ, qərb və ərəb ölkələrinin dəstəyi və BMT və insan haqları iddiasında olan digər qərb təşkilatlarının sükutu ilə 2015-ci il mart ayından Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq məqsədilə bu ölkəyə hücum edib. 

Bu hərbi təcavüzün indiyə qədər minlərlə yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla nəfərin didərgin düşməsi və bu ölkənin infrastrukturlarının dağılmasından başqa nəticəsi olmayıb. 

Teqlər