Yəmənli qüvvələrin səud muzdurlarına qarşı əməliyyatı
-
Yəmənli qüvvələrin səud muzdurlarına qarşı əməliyyatı
Ərəbistanın tabeliyində olan yəmənli muzdurların əməliyyat komandanlığının üzvləri yəmənli qüvvələrin raket hücumunda məhv ediliblər.
Əlməsirə telekanalı xəbər verib ki, Yəmənin ordusu və xalq qüvvələrinin Ərəbistanın tabeliyində olan yəmənli muzdurların Əlcuf kompleksində yerləşən əməliyyat komandanlığına qarşı raket hücumunda bu mərkəzin qüvvələri məhv ediliblər.
Belə bir halda, yəmənli qüvvələrin artilleriya bölməsi səud hərbçilərinin Ərəbistanın Cizan sərhəd məntəqəsindəki Məsən bazasının qərbi və Əltəval məntəqəsindəki toplaşma məkanlarını hədəfə alıbdır.
Digər tərəfdən, Yəmən ordusu bildirib ki, yəmənli snayperlər dünən Ərəbistanın Cizan sərhəd məntəqəsində yerləşən Əlfərizə bazasında ikinci səud hərbçisini öldürüblər.
Yəmənli qüvvələr habelə bu ölkənin Hiccə vilayətindəki Midi çölünün şimalında Ali-Səudun tabeliyində olan muzdurların toplaşma məkanını artilleriya atəşlərinə tutublar. Bu hücumda da Ali-Səud muzdurları ağır tələfat və xəsarətlərə düçar olublar.
Bu əməliyyat elə bir halda keçirilibdir ki, təcavüzkar səud qırıcıları dünən də Yəmənin Səədə vilayətindəki Baqim rayonunda yerləşən Məndəbə və Əlbahə məntəqələrini hədəfə alıblar.
Ərəbistan ABŞ və İngiltərənin dəstəklərilə hakimiyyəti Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbuh Mənsur Hadiyə qaytarmaq hədəfilə 2015-ci ilin martından Yəmən xalqına qarşı hücumlarına başlayıbdır. Bu hücumlarda 11 min nəfərdən çox insan ölüb, on minlərlə nəfər yaralanıb, yüz minlərlə nəfər də didərgin düşübdür.