Apr 27, 2017 13:20 Asia/Baku
  • İsrail zindanlarında saxlanılan fələstinli əsirlərin aclıq aksiyası 11-ci günə keçib
    İsrail zindanlarında saxlanılan fələstinli əsirlərin aclıq aksiyası 11-ci günə keçib

Sionist rejim zindanlarında saxlanılan fələstinli əsirlərin aclıq aksiyası artıq 11 gündür ki, davam edir. Bununla yanaşı, Qərb Sahilində və 1948-ci ildə işğal edilmiş Fələstin ərazilərində fələstinlilərin etirazları davam edir.

İRİB-nin verdiyi məlumata görə çoxlu sayda fələstinli çərşənbə günü Hayfanın cənubunda bir araya gələrək, aclıq aksiyasına qoşulmuş fələstinli əsirlər ilə öz həmrəyliyini elan edib və fələstinli əsirlərin tam haqlı tələblərinə dəstək veriblər. 

Fəth hərəkatının məsul şəxslərindən olan və aclıq aksiyasına başlayan fələstinli əsir Mərvan Bərğusi də fələstinlilərin aclıq aksiyasına qoşulmuş əsirlərə dəstək vermələrini zəruri adlandırıb və deyib: Arfıq, İsrail rejimi ilə mübarizə aparmaq üçün Fələstin xalqının ən böyük mədəni itaətsizlik hərəkatına başlaması zamanı gəlib çatmışdır. 

İsrail zindanlarında saxlanılan fələstinli əsirlər də bildiriblər ki, istəklərinin təmin ediləcəyi zamana kimi aclıq aksiyasını davam etdirəcəklər. 

Beynəlxalq Qırmızı Xaç Komitəsi çərşənbə günü ilk dəfə olaraq İsrail zindanlarına daxil olaraq, fələstinli əsirlərin vəziyyəti və onların tələbləri ilə yaxından tanış olmağa çalışıb. 

İsrail zindanlarında saxlanılan 1500-dən çox fələstinli əsir 17 Aprel tarixindən aclıq aksiyasına başlayıblar. "Azadlıq və izzət" şüarı ilə başladılan bu aclıq aksiyasında məqsəd İsrail rejiminin fələstinli əsirlər ilə rəftarlarına etiraz xarakteri daşıyır. 

Teqlər