Kərbəlada mövlud coşqusu
-
Kərbəlada mövlud coşqusu
Bu gün 3 şaban İmam Hüseyn(ə)-ın səadətli mövlud günü münasibəti ilə Kərbəlada bir araya gələn Əhl Beyt(ə) aşiqlərinin sevinci yerə-göyə sığmırdı.
Bu gün 3 Şaban, şiələrin 3-cü imamı həzrət İmam Hüseyn(ə)-ın səadətli mövlud günüdür. Bu böyük gündə İslami İran sevinc və şənlik içindədir. Minlərlə Əhl Beyt(ə) aşiqi isə öz sevgisini yaxından bəyan etmək üçün Kərbəlaya üz tutub. Bu səadətli gün münasibəti ilə siz əziz tamaşaçıları da təbrik edirik.
Yenə Şaban ayının 3-dür və Kərbəla Hüseyn(ə) aşiqlərinin coşqusunun şahididir.
Belə bir gündə Beynül-Hərəmeyndə olmaq necə də gözəldir. Bura heç şübhəsiz cənnətin pak guşələrindən biridir.
Hüseyn(ə) aşiqi:
"İmam Hüseyn(ə)-ın mövlud günündə o həzrətin hərəmində olmaq mənim ən böyük arzularımdan biri idi. Mən bu gecə, burda olmaq istəyən hər bir kəs üçün dua edəcəm ki, bu səadət onlara da qismət olsun."
Bu diyarın hər bir guşəsini kərbəlayılar bürüyüb və bir an olsun belə baxışlarını o nurlu günbəzdən ayırmırlar.
Ey Əba Əbdullahül-Hüseyn! Ey haqqın Kərbəladakı təcəllisi! Allahın lütfü ilə mövlud günündə əllərimizdən tut. Çünki, biz, sənin mehribanlığına möhtacıq.