May 02, 2017 17:08 Asia/Baku
  • Suriyanın qərbində İŞİD-in hücumu zərərsizləşdirilib
    Suriyanın qərbində İŞİD-in hücumu zərərsizləşdirilib

Suriya ordusu bir əməliyyat keçirərək Humsun şərq ətrafında Əşşuməriyyə sıra dağlarında Məksər Həsanda Suriya ordusunun qərargahına hücum planlaşdıran İŞİD terrorçularını geri çəkilmək məcburiyyətində qoyub.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, bu əməliyyatda bir neçə terrorçu ölüb və yaralanıb. 

Digər tərəfdən İŞİD terrorçuları Humsun şərqində Əl-Müxrəm kəndini raketlə hədəfə alıblar. 

Terrorçu Cəbhətünnüsrə ünsürlərinin Dura şəhərinin bəzi ərazilərinə qarşı raket hücumunda bir uşaq da daxil dörd nəfər yaralanıb və əhalinin mənzillərinə maddi ziyan dəyib. 

Cəbhətünnüsrə ünsürlərinin Humanın yaxınlığında Məhrədə şəhərinə qarşı hücumunda isə iki nəfər yaralanıb. 

Teqlər