May 04, 2017 11:24 Asia/Baku
  • Səud təcavüzkarların Yəmən vilayətlərinə qarşı hücumları davam edir
    Səud təcavüzkarların Yəmən vilayətlərinə qarşı hücumları davam edir

Səud qırıcıları ötən sutka ərzində 26 dəfə Yəmənin üç vilayətini bombalayaraq, günahsız insanları qətlə yetiriblər.

Fars xəbər agentliyinin məlumatına görə, Yəməndə yerli və hərbi mənbələr bildiriblər ki, səud qırıcıları ötən bir neçə saat ərzində 26 dəfədən çox Təiz, Səədə və Həccə vilayətlərini bombalayaraq, müdafiəsiz yəmənliləri hədəfə alıblar.

Bu məlumata görə, səud qırıcıları Təiz vilayətində yerləşən "Xalid" bazasını 17, Səədə vilayətinin Əlzahir şəhərində yerləşən Əlməlahit bazarını isə beş dəfə hədəfə alıblar ki, nəticədə bir qrup günahsız yəmənli həlak olub və ya yaralanıbdır.

Həmçinin səud qırıcıları dörd dəfə Həccə vilayətində yerləşən Hirz, Midi və Əbs şəhərlərini bombardman ediblər.

Marəb vilayətindən də xəbərlər gəlibdir ki, səud qırıcıları Sərvah rayonunda yerləşən Hubab məntəqəsində bir vətəndaşın avtomobilini hədəfə alıblar.

Ali-Səud rejimi Amerikanın himayəsi ilə 2015-ci ilin martında Yəmənə basqın etdi ki, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmış olsun.

Teqlər