May 06, 2017 20:58 Asia/Baku
  • Yepiskop fələstinli əsirlərin aclıq aksiyasına qoşuldu
    Yepiskop fələstinli əsirlərin aclıq aksiyasına qoşuldu

Katolik Romanın şərq ölkələrinin yepiskopu İsrail rejiminin həbsxanalarındakı fələstinli əsirlərin etirazlarına həmrəyliyi elan etmək istiqamətində onların aclıq aksiyasına qoşulub.

Əl-Məyadin xəbər televiziyasının məlumatına görə, (qədim bölgüyə əsasən) hazırkı Türkiyə, Aralıq dənizi ətrafının bəzi hissələri, Misirin şimalı, Şimali Afrika, işğal olunmuş ərazilər və İordaniyanın bir hissəsinə şamil olan Şərqi Romanın yepiskopu Patriarx 3-cü Qriqorius Leham fələstinli əsirlərin aclıq aksiyasına qoşulub.

Sionist rejim məhbəslərində 1800 fələstinli əsir 17 apreldən məmurların yanlış rəftarları və hüquqlarının riayət olunmamasına etiraz olaraq aclıq aksiyasına başlayıblar.

İsrail rejimi fələstinli əsirlərin tələblərini gerçəkləşdirmək yerinə onları məcburi yedirtmək və aclıq aksiyasına son qoymaqla hədələyib.

Fələstin Əsir Hərəkatı bu gün İsrail rejiminin bu hərəkətini fələstinli əsirlərin edamı planı adlandırıb.

Teqlər