Aclıq keçirən fələstinli əsirlərin cismani durumu ağırdır
Aclıq keçirən fələstinli əsirlərin informasiya komitəsi işğal olunmuş Fələstində yerləşən Əlrəmlə zindanlar kompleksindəki Nitsan məhbəsində aclıq keçirən fələstinli əsirlərə qarşı cəza və işgəncələrin tətbiq olunmasından xəbər verib.
IRIB-nin məlumatına görə, aclıq keçirən fələstinli əsirlərin informasiya komitəsi dünən bildirib ki, sionist Nitsan zindan idarəsi sayı yetmişə çatan fələstinli əsirləri çirkli kameralarda saxlayır və bu əsirlər əksər hallarda pis cismani şəraitdə olaraq, xəstəlikdən əziyyət çəkirlər.
Aclıq keçirən fələstinli əsirlərin informasiya komitəsi sonra bildirib: Nitsan zindan idarəsi məhbusların kameralardan çıxmalarına mane olur və kameraların pəncərələri və yarıqlarını örtərək, məhbuslara işığın çatmasını əngəlləyir.
Aclıq keçirən fələstinli əsirlərin informasiya komitəsi daha sonra bildirib: Nitsan zindan idarəsi məhbusları təzyiq altında qoyub, onlara həddən artıq məhdudiyyətlər qoyaraq, aclıq keçirən məhbusların əhval-ruhiyyələrini zəiflətmək niyyətindədir.
Belə bir halda, Fələstinli Əsirlər Klubunun sədri Qədurə Faris bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi qərar üzrə bu gün fələstinlil əsirlərlə birgə aclıq aksiyası keçirən Fəth hərəkatının mərkəzi komitəsinin üzvü Mərvan Əlbərğusi ilə görüşməlidir.
Fələstinli əsirlər aprelin 17-dən, fələstinli əsir günündən etibarən "azadlıq və ləyaqət!" şüarı ilə aclıq aksiyası keçirirlər. Aksiyada məqsəd, sionist rejimin rasistcəsinə rəftar və siyasətlərinə etirazdır.