Suriya kürdləri Fərat su bəndini və Əltəbəqəni tam şəkidə azad ediblər
Suriya kürdlərinin demokratik birlik partiyası qüvvələrinin sözçüsü Fərat su bəndi və strateji Əltəbəqə şəhərinin tam şəkidə İŞİD-in işğalından azad edilməsindən xəbər verib.
ISNA-nın məlumatına görə, Suriya kürdlərinin demokratik birlik partiyası qüvvələrinin sözçüsü Təllal Selo dünən Fərat su bəndi və strateji Əltəbəqə şəhərinin tam şəkidə İŞİD-in işğalından azad edilməsinə toxunaraq, deyib: Bu məntəqələrin azad edilməsi prosesi davam edir.
Fərat çayı strateji Riqqə istiqamətində yerləşən Əltəbəqənin mərkəzindən keçir. Suriyalı kürd qüvvələri aprelin 24-də bu məntəqənin azad edilməsi əməliyyatına başlayıblar.
Həmçinin "Fərat Hiddəti" əməliyyat otağının bildirdiyinə görə, Riqqə şəhərinin İŞİD-in işğalından azad edilməsinin dördüncü etapı başlanıbdır.
Məlumata görə, bu mərhələdə Riqqə şəhərinin ətrafında qalan kəndlər azad olunacaqlar ki, bu şəhərin azad edilməsi üçün şərait yaradılmış olsun.