Xalq səfərbər qüvvələri Kərbəlada 15 şəban mərasiminin təhlükəsizliyini təmin edəcəklər
İraqın xalq səfərbər qüvvələri Kərbəlada 15 şəban mərasiminin təhlükəsizliyini təmin edəcəklər.
Fars xəbər agentliyinin məlumatına görə, Əlhəşd Əlşəəbi bu gün bir bəyanatda İraqın xalq səfərbər qüvvələrinin Kərbəlada 15 şəban mərasiminin təhlükəsizliyini təmin edəcəyini bildirərək, bu ölkənin zülm və diktaturaya qarşı inqilab tarixinin bir hissəsi kimi xalqı şəbaniyyə bayramlarında geniş iştiraka çağırıb.
Dünya müsəlmanlarından yüz minlərlə nəfər bu gecə Kərbəlayi-Muəllada 15 şəban, İmam Zaman(əc)-in viladətinin ildönümü günü və İmam Hüseyn(ə) ziyarəti mərasimində iştirak edəcək.
Cümə günü, 1438-ci h.q. ili şəbanın 15-i, 2017-ci milad ili mayın 12-si dünya şiələrinin 12-ci imamı- İmam Zaman(əc)-in mübarək mövludunun ildönümü gününə təsadüf edir.
Həzrət Mehdi(əc) 255-ci hicri qəməri ilində şəbanulmuəzzəm ayının 15-də səhər çağı dünyaya göz açdı.