Sionist hərbçi fələstinli uşağa hücum edib
Beytül-Müqəddəsin qədim hissəsi bir daha sionistlərin fələstinlilərə hücumunun şahidi olub.
Fələstin İnformasiya Agentliyinin məlumatına görə, fələstinli şahidlər deyiblər ki, şənbə günü bir sionist hərbçi avtomobillə Qüds şəhərinin qədim darvazalarıdnan biri Babul-Amud həyətinə girib və bir fələstinli uşağı avtomobillə vurduqdan sonra qaçıb.
Səhiyyə dairələrinin bildirdiyinə görə, fələstinli uşaq ağır yaralanıb və xəstəxanaya aparılıb.
Fələstin bölgələri ötən iki il ərzində sionist qəsəbə sakinləri və hərbçilərinin fələstinlilərə dəfələrlə avtomobildən istifadə edərək hücumlarının şahidi olmuşdur. Bu hadisələr nəticəsində onlarla fələstinli şəhid olmuş və yaralanmışdır.
Bu arada bildirilib ki, sionist rejim ordusunun bir qrupu şənbə günü əl-Əqsa məscidinə basqın edib və xidmətçilərdən birini həbs edib.
Sionistlər bildiriblər ki, əl-Əqsa məscidinin xadimi sionist hərbçilərin fələstinli qadını döyməsinin kadrlarını çəkib.