Bağdadda partlayış
-
Bağdadda partlayış
İraq paytaxtı Bağdadın şərqində partlayıcı qurğu quraşdırılmış avtomobilin partladılması azı iki nəfərin həlak olması və üç nəfərin də yaralanması ilə nəticələnib.
İRNA-nın məlumatına görə, partlayıcı qurğu quraşdırılmış avtomobil Ər-Rəbii yaşayış bölgəsində İraq federal polis qüvvələrinə məxsus bir yoxlama-keçid məntəqəsində partladılıb.
Məlumatlara görə, İraq təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıblar. Hələlik bir şəxs və yaxud qrup bu hadisənin məsuliyyətini üzərinə götürməyib.
Bu hadisə Bağdadda bir neçə həftə nisbi sakitlikdən sonra baş verib.
İraqdan əldə olunan başqa bir məlumata görə, bu ölkə ordusu Neynəva vilayətinin mərkəzi olan Mosulda İŞİD terror qruplaşması ilə mübarizənin davamında bu gün, Mosulun qərbində bir neçə İŞİD mərkəzinə hücum edib. İraq qüvvələri əl-İqtisadiyeyn bölgəsini tamamilə İŞİD terror qruplaşmasının işğalından azad edib.