Əl-Əvamiyyədə cümə namazı xətibi həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i269178-Əl_Əvamiyyədə_cümə_namazı_xətibi_həbs_olunub
Səudiyyə Ərəbistanı rejimi hərbçiləri bu ölkənin şiə sakinli əl-Əvamiyyə şəhərinin bölgələrindən birində imam cümə Şeyx Abbas əl-Səidi həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2017 15:46 Asia/Baku
  • Əl-Əvamiyyədə cümə namazı xətibi həbs olunub
    Əl-Əvamiyyədə cümə namazı xətibi həbs olunub

Səudiyyə Ərəbistanı rejimi hərbçiləri bu ölkənin şiə sakinli əl-Əvamiyyə şəhərinin bölgələrindən birində imam cümə Şeyx Abbas əl-Səidi həbs ediblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, bu hərəkət son günlərdə ərəbistanlı şiə ruhani Şeyx Nimr Baqir əl-Nimrin doğulduğu əl-Məsurə kəndinə hücumların artmasından sonra baş verib.

Şeyx Nimr Baqir əl-Nimr ölkəyə qarşı hərəkət saxta ittihamı ilə mühakimə və 2016-cı ilin yanvarında edam edildi.

Bu arada Ərəbistan Daxili İşlər Nazirliyinin sözçüsü Mənsur əl-Türki səudiyyə qüvvələrinin əl-Məsurə kəndindəki əməliyyatının davam etməsini vurğulayıb.