İsrail aclıq aksiyasına qoşulmuş fələstinli əsirlərin tələbləri qarşısında təslim oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i270784-İsrail_aclıq_aksiyasına_qoşulmuş_fələstinli_əsirlərin_tələbləri_qarşısında_təslim_oldu
Fələstinli əsirlər Mərvan Bərğusinin rəhbərlik etdiyi "Aclıq Aksiyası Komitəsi" ilə İsrail rejiminin nümayəndələri arasında Əsqəlan zindanında sürən 20 saatlıq müzakirələrdə sionist rejimin fələstinli əsirlərin tələbləri ilə razılaşmasının ardınca fələstinli əsirlər bu gün şənbə 40 gün davam edən aclıq aksiyasını dayandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2017 10:15 Asia/Baku
  • Fələstinli əsirlər
    Fələstinli əsirlər

Fələstinli əsirlər Mərvan Bərğusinin rəhbərlik etdiyi "Aclıq Aksiyası Komitəsi" ilə İsrail rejiminin nümayəndələri arasında Əsqəlan zindanında sürən 20 saatlıq müzakirələrdə sionist rejimin fələstinli əsirlərin tələbləri ilə razılaşmasının ardınca fələstinli əsirlər bu gün şənbə 40 gün davam edən aclıq aksiyasını dayandırıblar.

Fələstinin MƏA xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinli Əsirlərin Məsələləri üzrə Heyətin sədri İsa Qəraqə deyib: Aclıq aksiyasına rəhbərlik edənlər o cümlədən Mərvan Bərğusi ilə İsrail rejiminin zindanlar idarəsi başçıları arasındakı müzakirələrdə İsrailin zindan rəsmiləri söz verdilər ki, fələstinli əsirlərin tələblərini gerçəkləşdirsinlər.

Bundan öncə İsrail başçıları fələstinli əsirlər ilə hər hansı müzakirənin aparılması ilə müxalifət etmişdilər.

İsrail zindanlarında əsir olan fələstinli əsirlərdən təqribən 1700 nəfəri 17 Apreldə aclıq aksiyasına başlamışdı. Fələstinli əsirlər ilkin hüquqlarının görməməzliyə vurulmasına etiraz olaraq müddətsiz aclıq aksiyasına qoşulmuşdular.

Səhiyyə vəziyyətinin yaxşılaşdırılması, ailə üzvləri ilə görüşə icazənin verilməsi, cəza kamerasında saxlanmalara son verilməsi və inzibati həbslərin durdurulması aclıq aksiyasına qoşulan fələstinli əsirlərin əsas tələbləri olub.