May 28, 2017 12:41 Asia/Baku
  • Ənsarullah: Ali-Səud ABŞ və İsrailin siyasətlərini icra edir
    Ənsarullah: Ali-Səud ABŞ və İsrailin siyasətlərini icra edir

Yəmənin Ənsarullah hərəkatının başçısı Ali-Səud rejiminin missiyasını regionda fitnə törətmək, müharibələrə yol açmaq və region ölkələrini xarabalığa çevirmək adlandırıb.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Əbdülmalik Əl-Husi deyib: Ərəbistan və Amerikanın Yəmənə qarşı hücumları başda olmaqla regionda cərəyan edən hadisələr, o cümlədən Bəhreyn xalqına edilən zülmlər, Suriya və İraqda gedən savaş və digər ölkələrdə şahidi olduğumuz olaylar regiondakı zalım və ikiüzlü qüdrətlərin həqiqi simasını və mahiyyətini ifşa edir. 

Əl-Husi əlavə edib: Yəmən, Bəhreyn, İraq və Suriya xalqlarına qarşı törədilən dəhşətli cinayətlər və onların yaşam üçün zəruri olan infrastrukturlarının məhv edilməsi hegemonçuluq quruluşunun çirkin məqsədlərini aşkar edir. 

Yəmənin Ənsarullah hərəkatının rəhbəri İslam Ümməti arasında həmrəylik və yekdilliyin möhkəmləndirilməsinə və zorakı qüdrətlər habelə, onların regiondakı muzdurlarına qarşı mübarizə aparmaq üçün birlik və vəhdətin yaradılmasına təkid edib və deyib: İşğalçı təcavüzkarlar və onların əlaltıları ilə mübarizə aparmaq üçün xalqın mübarizə meydanında iştirakı zəruridir. 

Teqlər