Mərvan Bərğusi hələ öz aclıq aksiyasına son qoymayıbdır
Fələstinli Əsirlər Cəmiyyəti və Fələstinli Əsirlər və Azadələrin İşləri Komitəsi bir bəyanatda bildiriblər ki, Fəth hərəkatının baş üzvü və sionist rejim məhbəsində aclıq keçirən Mərvan Bərğusi hələ də öz aclıq aksiyasını davam etdirir.
Qüds xəbər agentliyinin məlumatına görə, Fələstinli Əsirlər Cəmiyyəti və Fələstinli Əsirlər və Azadələrin İşləri Komitəsi dünən vurğulayıblar ki, Mərvan Bərğusi aclıq aksiyasından öncə saxlanıldığı "Hedarim" məhbəsinə geri dönəcəyi zamanadək öz aclıq aksiyasına son qoymaqla müxalifdir.
Fələstinli əsirlər Mərvan Bərğusinin sədrliyi altında olan aclıq aksiyası keçirən komitə ilə əsirlərin tələbləri barədə razılaşmadan və sionist rejimin Əsqəlan məhbəsində 20 saat müzakirədən sonra ötən şənbə günü özlərinin 41 günlük aclıq aksiyalarına son qoyublar.