Barzanilərin dəvəti
İyun 12, 2017 10:27 Asia/Baku
İraq Kürdüstanının başçısı daxili, regional və beynəlxalq etirazlara baxmayaraq, İraq kürdlərini 25 sentyabr 2017-ci ildə bu bölgənin müstəqilliyi üçün səsvermədə iştirak etməyə çağırıb.
İraq hökuməti ötən cümə günü bir bəyanatda istənilən birtərəfli addımı rədd edib və kürd başçılara xatırladıb ki, istənilən qərar konstitusiyaya əsasən verilməlidir və mərkəzi hökumətin İraq Kürdüstanı ilə əlaqədar qanunu tənzimlənmişdir.
İraqın kürd siyasi partiyaları, Qoran və Komel istisna olmaqla, Məsud Barzaninin dəvəti əsasında bir iclasda iştirak edərək Kürdüstanın ayrılması üçün referendumun 25 sentyabrda keçirilməsi ilə razılaşıblar.