Səudiyyəli snayperlər Şeyx Nimrin qardaşına hücum etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272742-səudiyyəli_snayperlər_Şeyx_nimrin_qardaşına_hücum_etdi
Səudiyyəli snayperlər əl-Əvamiyyə şəhərciyində öz cinayətlərinin davamında şəhid Şeyx Nimr Baqir əl-Nimrin qardaşına atəş açıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 08:28 Asia/Baku
  • Səudiyyəli snayperlər Şeyx Nimrin qardaşına hücum etdi
    Səudiyyəli snayperlər Şeyx Nimrin qardaşına hücum etdi

Səudiyyəli snayperlər əl-Əvamiyyə şəhərciyində öz cinayətlərinin davamında şəhid Şeyx Nimr Baqir əl-Nimrin qardaşına atəş açıblar.

Fars Xəbər Agentliyinin məlumatına görə, Səudiyyə rejiminin snayperləri əl-Əvamiyyədə Şeyx Nimr Baqir Nimrin qardaşı siyasi fəal Məhəmməd Baqir ən-Nimri ayaq nahiyəsindən yaralayıblar.

O hazırda Qətif mərkəzi xəstəxanasında yatır.

Əl-Əvamiyyə şəhərciyində əl-Məsurə kəndi ərəbistanlı mübariz ruhani Şeyx Nimr Baqir əl-Nimrin doğulduğu kənddir. O ölkə əleyhinə addım atmaq saxta ittihamı ilə mühakimə olundu və 2016-cı ilin yanvarında edam edildi. Bu bölgə aylardır ki, Ərəbistanın şərqində şiələrin mübarizəni davam etdirməsinin simvoluna çevrilib.