Dohada Qətər-Türkiyə təlim-məşqləri başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273648-dohada_qətər_türkiyə_təlim_məşqləri_başlanıb
Türkiyə hərbçilərindən birinci qrupun Qətərə göndərilməsi və onların Doha qarnizonunda yerləşmələrilə iki ölkə ordusunun birgə təlim-məşqlərinin ilk mərhələsi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2017 15:27 Asia/Baku
  • Dohada Qətər-Türkiyə təlim-məşqləri başlanıb
    Dohada Qətər-Türkiyə təlim-məşqləri başlanıb

Türkiyə hərbçilərindən birinci qrupun Qətərə göndərilməsi və onların Doha qarnizonunda yerləşmələrilə iki ölkə ordusunun birgə təlim-məşqlərinin ilk mərhələsi keçirilib.

IRNA-nın məlumatına görə, Qətər müdafiə nazirliyi başçılarının bildirdiklərinə əsasən, Qətər və Türkiyənin quru qoşunlarının  təlim-məşqlərində fərz olunan düşmənin mövqelərini hədəfə almaq üçün ağır texnikadan istifadə olunub və onda məqsəd, hərbi qüvvələrin müştərək hədələrlə mübarizə üzrə hazırlıq səviyyəsinin artırılması elan olunubdur.