Qüds işğalçıları məscidi restoran və meyxanaya çeviriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274118-qüds_işğalçıları_məscidi_restoran_və_meyxanaya_çeviriblər
İşğalçı sionist rejim Fələstində yerləşən tarixi "Qeysəriyə" məscidini restoran və meyxanaya çeviriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2017 16:48 Asia/Baku
  • Qüds işğalçıları məscidi restoran və meyxanaya çeviriblər
    Qüds işğalçıları məscidi restoran və meyxanaya çeviriblər

İşğalçı sionist rejim Fələstində yerləşən tarixi "Qeysəriyə" məscidini restoran və meyxanaya çeviriblər.

Qeysəriyə Aralıq dənizinin sahilində və Hayfa şəhərinin cənub-qərbində yerləşir və Fələstinin ən qədim tarixi məkanlarından biri sayılır. Bu bina bir neçə mərtəbədən ibarətdir və gözəl memarlığa malikdir. 

Əl-Qüds Əl-Ərəbi qəzetinin yazdığına görə, sionist rejim başçıları son zamanlar Qeysəriyə məscidində aparılan arxeoloji qazıntılar zamanı yəhudilərə aid bir sıra tarixi əsərlərin aşkar edilməsi bəhanəsi ilə Qeysəriyədə bir sıra dəyişikliklər aparmağa başlayıblar. 

Bu məlumata görə, bir zamanlar yerli əhalinin namaz qılmaq üçün istifadə etdiyi məscid bu gün turistlər üçün istirahət və əyləncə mərkəzinə çevrilib və oarada müxtəlif yeməklər və spirtli içkilər verilir.