İyun 27, 2017 11:12 Asia/Baku
  • Yəmən və Afrikada yüz minlərlə uşağın xilas edilməsi istənilib

Dünya Ərzaq Proqramının direktoru Yəmən və Afrikada yüz minlərlə uşağın xilas edilməsi üçün Avropanın yardım etməsini istəyib.

Frans-Press-in məlumatına görə, Dünya Ərzaq Proqramının direktoru Devid Bizli dünən Yəməndə və üç Afrika ölkəsində aclıq təhdidilə üzləşən yüz minlərlə uşağın xilas edilməsi üçün Avropa Birliyinin bir milyard dollarlıq yardım göstərməsini istəyib.

Bizli deyib: Yəmən, Cənubi Sudan, Somali və Nigeriyada 20 milyon nəfər 1945-ci ildən bəri ən pis insan böhranı və qıtlıq təhlükəsi ilə üzləşir.

Dünya Ərzaq Proqramının direktoru söyləyib: Statistikalar göstərir ki, qida təmini üçün humanitar yardımların vaxtında çatdıırılmayacağı halda, qarşıdakı üç-dörd ay ərzində ehtimal üzrə 600 min uşaq həyatını itirəcəkdir.

BMT də bildiribdir ki, Yəmən xalqından təqribən on doqquz milyon nəfər, yəni bu ölkə əhalisinin təqribən üçdə iki hissəsi təcili humanitar yardımlara ehtiyac duyur və onların on yeddi milyon nəfəri də qıtlıqdan əziyyət çəkir.

2015-ci ilin martında Ərəbistan rejiminin Yəmənə qarşı zalımcasına və vəhşicəsinə təcavüzündən bəri səkkiz mindən çox insan həyatını itirib, 44500 nəfərdən çox insan da yaralanıbdır ki, onların əksər hissəsini mülkilər təşkil edirlər.

Teqlər