İyun 29, 2017 13:45 Asia/Baku
  • Məhəmməd Bin Naif
    Məhəmməd Bin Naif

Nyu-York Times qəzeti yazıb: Səudiyyə Ərəbistanının kənarlaşdırılmış vəliəhdi ev dustaqlığındadır.

Qəzetin yazdığına görə, 4 Ərəbistan rəsmisi və Ərəbistana hakim ailəyə yaxın amerikalı rəsmidən əldə etdiyi məlumatlara əsasən, Məhəmməd Bin Naif hazırda Ciddə şəhərində yerləşən sarayında ev dustaqlığındaır və Ərəbistandan çıxmaq icazəsi yoxdur. 

Nyu-York Times bu dustaqlığın məqsədini ehtimal olunan hər hansı müxalifətin qarşısını almaq adlandırıb. Bəlkə də yeni vəliəhd Məhəmməd Bin Salman əleyhinə çevrilişlə nəticələnə bilərdi. 

Nyu-York Timesin yazdığına görə, bu məhdudiyyətlər Məhəmməd Bin Salmanın vəliəhd olduğundan sonra başlanıb. O Bin Naifin sarayını qorumaq üçün öz gözətçilərindən istifadə edir. 

Teqlər