Doha Qətəri mühasirəyə almış ölkələrə qarşı şikayət etdi
Qətərin yol və nəqliyyat naziri Dohanın bu ölkəyə qarşı blokada tətbiq edən ölkələrə qarşı şikayət ərizəsini Beynəlxalq Dənizçilik Təşkilatı (International Maritime Organization - IMO) baş katibinə təqdim edib.
İRNA-nın məlumatına görə, Casim Bin Seyf Ali Sulayti bazar ertəsi günü Beynəlxalq Dənizçilik Təşkilatının baş katibi Kitak Lim ilə görüşdə Qətərin bu ölkəni mühasirəyə alan ölkələrə qarşı şikayət ərizəsini təqdim edib. Bu şikayət ərizəsində 4 Ərəb ölkəsi tərəfindən Qətərə qarşı tətbiq edilmiş mühasirənin beynəlxalq qanunları pozduğu və Qətərin dənizçilik fəaliyyətini təhlükə ilə üzləşdirdiyini bəyan edən sənədləri özündə cəmləşdirir.
Bu görüşdə beynəlxalq qanunlar və dənizçilik anlaşmalarının Ərəbistan, Misir, BƏƏ və Bəhreyn tərəfindən kobud şəkildə pozulması Qətərin dənizçilik sektoruna ciddi zərər və ziyanlar yetirir. Bu isə dənizçilik üzrə anlaşmalara xüsusi ilə də 1982-ci il anlaşmasına ziddir.