Bəhreynli ruhani həbsdən azad edildi
Ali-Xəlifə rejimi Bəhreynin tanınmış ruhanilərindən olan Hani Əl-Bənanı 9 gün həbsdə saxladıqdan sonra, azad edib.
Bəhreynin şiə ruhanilərindən olan şeyx Hani Əl-Bəna oğlu ilə görüşmək üçün "Houz Əl-Caf" zindanına getdiyi zaman Ali-Xəlifə rejimi tərəfindən həbs edilmişdi.
Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin təhlükəsizlik rəsmiləri şeyx Hani Əl-Bənanı heç bir səbəb olmadan həbs edərək, istintaq adı altında 9 gün zindanda saxlayıblar.
Şeyx Hani Əl-Bəna 2015-ci ildə Ali-Xəlifə rejimini təhqir və insanları zorakılığa dəvət etməkdə ittiham edilmişdi. Şeyx Əl-Bəna bu ittihamları rədd etmişdi.
Ali-Xəlifə rejimi etiraz aksiyalarında iştirak etdiyi üçün bir çox şiə ruhanini həbs edib.
Bəhreyn 2011-ci ilin fevralından Ali-Xəlifə rejimi ilə müxalif olanların xüsusi ilə də şiə ruhanilərin amansız şəkildə repressiya edilməsinin şahididir. Bəhreyn xalqı ölkədə demokratik quruluşun formalaşması, ictimai ədalətin təmin edilməsi və etnik və məzhəb ayrı-seçkiliklərinə son qoyulması üçün 2011-ci ildən bəri sivil mübarizə aparır.