Əmmar Həkim: İraq Kürdüstanında referendum region üçün təhdiddir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276476-Əmmar_həkim_İraq_kürdüstanında_referendum_region_üçün_təhdiddir
İraq Şiələri Milli Koalisiyasının rəhbəri deyib: Kürdüstan bölgəsi rəhbərinin referendumun keçirilməsinə israr etməsi regionu parçalanma təhlükəsi ilə üzləşdirəcək.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 16, 2017 06:12 Asia/Baku
  • Əmmar Həkim: İraq Kürdüstanında referendum region üçün təhdiddir
    Əmmar Həkim: İraq Kürdüstanında referendum region üçün təhdiddir

İraq Şiələri Milli Koalisiyasının rəhbəri deyib: Kürdüstan bölgəsi rəhbərinin referendumun keçirilməsinə israr etməsi regionu parçalanma təhlükəsi ilə üzləşdirəcək.

Fars Xəbər Agentliyinin Rudav xəbər portalına istinadla verdiyi məlumata görə, İraq Şiələri Milli Koalisiyasının rəhbəri Əmmar Həkim şənbə günü bu ölkənin siyasi ziyalılarının iştirakı ilə keçirilən iclasda bildirib: Kürdlərin İraqdan ayrılmasının qanuni prinsipləri yoxdur. 

Əmmar Həkim əlavə edib: İraqın gələcək problemləri, onlardan bəzisi haqda xəbərdarlıq bir şəxs üçün təhdid deyil, ümumiyyətlə qardaşlıq və hamının məsləhətinə uyğun olaraq irəli sürülür. 

İraq Kürdüstanı başçısı Məsud Barzani daxili,r egional və beynəlxalq etirazlara baxmayaraq, İraq kürdlərindən 25 sentyabr 2017-ci ildə bu bölgənin müstəqilliyi üzrə referendumda iştirak etmələrini istəyib.