İyul 18, 2017 15:10 Asia/Baku
  • Qətər BƏƏ-yə qarşı şikayət edəcək
    Qətər BƏƏ-yə qarşı şikayət edəcək

Qətər rəsmiləri Birləşmiş Ərəb Əmirliklərinin Qətərin rəsmi informasiya agentliyi QƏNA-nın hak edilməsində əli olduğuna görə təəssüfləndiklərini bildirərək bu hərəkətin səbəbkarlarına qarşı cinayət işi qaldıracaqlarını vurğulayıblar.

İRNA-nın verdiyi məlumata görə, Qətərin dövlət əlaqələr bürosunun direktoru Seyf Bin Əhməd Ali-Sani bir Amerika qəzetində BƏƏ-nin Qətər informasiya agentliyinin hak edilməsində əli olduğuna dair məlumatına toxunaraq deyib: Bu hərəkət Fars körfəzinin sahilyanı ərəb ölkələrindən biri tərəfindən baş verib və bu beynəlxalq qanunlara, Fars körfəzi əməkdaşlıq şurasının, Ərəb Liqasının, İslam Əməkdaşlıq Təşkilatının və Birləşmiş Millətlər Təşkilatının  qərarlarına ziddir. 

Vaşinqton Post qəzeti bildirib ki, Amerika kəşfiyyatı Qətərin infromasiya agentliyinin saytının hak edilməsində BƏƏ-nin əli olduğunu ifşa edib və bildirib ki, BƏƏ rəsmiləri bu hadisədən bir gün öncə onu müzakirə ediblər. 

BƏƏ rəsmiləri bu ittihamı rədd ediblər. 

Qətərin rəsmi informasiya agentliyinin rəhbərliyi mayın 24-də bildirdilər ki, bu ölkənin rəsmi informasiya agentliyinin portalı hak edilib və Qətərin əmirinə aid edilən səhv sözlər orada yerləşdirilib. 

Teqlər