Pakistanın nazirlər kabineti buraxılıb
İyul 28, 2017 16:24 Asia/Baku
Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin səlahiyyətinin bu ölkənin ali məhkəməsi tərəfindən ləğv olunmasının ardınca Pakistan baş nazirlik sarayının sözçüsü onun nazirlər kabinetinin buraxılmasından xəbər verib.
IRNA-nın məlumatına görə, Pakistan baş nazirlik sarayının sözçüsü bu gün bildirib ki, Məhəmməd Nəvaz Şərif ali məhkəmə tərəfindən onun əleyhinə korrupsiya barədə ittiham hökmünün çıxarılmasından sonra rəsmən baş nazirlik üzrə bütün məsuliyyətlərdən əl çəkib.
Pakistanın baş nazirlik ofisi bu ölkənin ali məhkəməsinin hökmünə etiraz etməsinə rəğmən, həmin hökmə hörmət etməyi özünə borc bilir.