Mişel Oun: İsrail 1701 saylı qətnaməni pozur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277928-mişel_oun_İsrail_1701_saylı_qətnaməni_pozur
Livan prezidenti sionist rejimin Livanın səmasına təcavüz etdiyini və bu ölkə ərazisini işğalda saxladığını bəyan edərək bildirib: İsrail BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2017 05:41 Asia/Baku
  • Mişel Oun: İsrail 1701 saylı qətnaməni pozur
    Mişel Oun: İsrail 1701 saylı qətnaməni pozur

Livan prezidenti sionist rejimin Livanın səmasına təcavüz etdiyini və bu ölkə ərazisini işğalda saxladığını bəyan edərək bildirib: İsrail BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozub.

İRNA-nın məlumatına görə, Mişel Oun cümə günü BMT-nin Livan məsələləri üzrə xüsusi koordinatoru Siqrid Kaqla görüşdə xatırladıb: Sionist rejim hələ də öz təcavüzkar hərəkətlərini davam etdirir. 

İsrailin Livanla 2006-cı ildə 33 günlük müharibəsi başa çatdıqdan sonra BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi təsdiqləndi. Bu qətnamə sionist rejimi Livan əleyhinə düşmənçiliklərdən çəkindirir. Lakin sionist İsrail qətnaməyə etinasızlıqla Livanın ərazisini pozmaqdadır.