Avq 02, 2017 16:32 Asia/Baku
  • Bir milyondan çox yəmənli uşaq vəbaya yoluxma xətəri qarşısındadır
    Bir milyondan çox yəmənli uşaq vəbaya yoluxma xətəri qarşısındadır

Bir beynəlxalq xeyriyyə təşkilatı Yəməndə beş yaşından aşağı bir milyondan çox uşağın vəbaya yoluxma xətəri barədə xəbərdarlıq edib.

Londonda çıxan Qardian qəzetinin məlumatına görə, "Uşaqların Nicatı" adlı xeyriyyə təşkilatı bir hesabat yayaraq bildiribdir ki, beş yaşından aşağı bir milyondan çox yəmənli uşaq son dərəcə vəbaya yoluxma təhlükəsi qarşısında duran məntəqələrdə yaşayır.

Bu xeyriyyə təşkilatı öz hesabatında əlavə edibdir ki, hazırda on beş yaşından aşağı yeniyetmələr Yəməndə vəbaya yoluxanların 44 faizini təşkil edirlər.

Teqlər