Netanyahunun korrupsioner həyat yoldaşı istintaq edilib
Sionist mənbələr xəbər veriblər ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu korrupsiya ittihamı ilə istintaq edilib.
IRNA-nın məlumatına görə, sionist rejim radiosu bildirib ki, Sara Netanyahu çərşənbə günü bu rejimin Təl-Əviv yaxınlığında yerləşən korrupsiya ilə mübarizə mərkəzində olaraq, iki saat müddətinə istintaq edilibdir.
Sionist rejimin baş nazirinin həyat yoldaşı öz şəxsi xərclərinin ödənişində ümumi maliyyə mənbələrindən istifadə etməkdə ittiham olunur. Sara Netanyahu bundan öncə də sionist polis tərəfindən oxşar ittihamlarla istintaq olunmuşdu.
Belə bir halda, Benyamin Netanyahunun özü də korrupsionerdir. Belə ki, o, bir alman şirkətdən milyonlarla dollar rüşvət almaqda ittiham olunur və bu barədə istintaq işləri bu ilin yanvar ayının ikisindən başlanıbdır.
Netanyahu barədə açılmış ən mühüm korrupsiya işi Arnaud Mimrandan bir milyon dolların alınmasıdır. Fransadan olan bu şəxs iqtisadi fırıldaqçı və korrupsionerdir və deyilənlərə görə, ondan alınmış pul sionist rejimdə baş nazirlik təbliğatı üçün xərclənibdir.
Həmçinin sionist rejimin baş naziri Almaniyadan, dəyəri bir milyard dollardan yuxarı olan üç ədəd sualtı qayıq aldığına görə də istintaq olunubdur.