Avq 10, 2017 20:16 Asia/Baku
  • HRW Ərəbistanda insan haqlarının pozulması haqda xəbərdarlıq edib
    HRW Ərəbistanda insan haqlarının pozulması haqda xəbərdarlıq edib

Human Rights Watch təşkilatı Ərəbistan vətəndaşlarından on dörd nəfəri gözləyən edamın xətəri barədə xəbərdarlıq edib.

Press TV-nin məlumatına görə, Human Rights Watch təşkilatı bu gün bir hesabat yayaraq, xəbərdarlıq edib ki, Ali-Səud rejimi məhkəmələrinin ədalətsiz mühakimələri nəticəsində Ərəbistanın şiə vətəndaşlarından on dörd nəfər edam təhlükəsi qarşısındadır.

Human Rights Watch təşkilatı bu on dörd məhbusun ailələrinə istinadla bildirib ki, məhbuslar 2017-ci il iyulun on beşində heç bir izahat verilmədən Əlşərqiyyə vilayətinin mərkəzi sayılan Dammam şəhərindən paytaxt Ərriyadda yerləşən Hair məhbəsinə köçürülüblər.

Bu məlumata əsasən, bu müttəhimlərin bəziləri fərdi kameralarda saxlanırlar. Onların xaric dünya ilə heç bir əlaqələri yoxdur.

Ərəbistanın xüsusi cinayət məhkəməsi 2016-cı ilin iyununda bu on dörd şiə vətəndaşı ölümə məhkum etdi.

Beynəlxalq Amnistiya Təşkilatı da Ali-Səud rejimi məhkəmələrinin hərəkətləri və ədalətsiz mühakimələr əsasında siyasi fəalların edam olunmaları barədə xəbərdarlıq edib.

Teqlər