İŞİD Pakistandakı partlayışın məsuliyyətini öz üzərinə götürüb
Terrorçu İŞİD qrupu Pakistanın Küveytə şəhərində törədilmiş partlayışın məsuliyyətini öz üzərinə götürüb.
FransPress-in verdiyi məlumata görə, İŞİD-in Pakistanda fəaliyyət göstərən qolu bir bəyanat yayaraq bu ölkənini Küveytə şəhərində baş verən və bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Dünən gecə Pakistanın cənub qərbində Bəluçestan vilayətinin mərkəzi olan Küveytə şəhərində Pakistan ordusuna məxsus bir ədəd avtomobilin keçdiyi yolda partlayış törədildi və nəticədə 17 nəfər öldü, 35 nəfər yaralandı.
Bu partlayışın qurbanları və xəsarət alanlarının çoxunu mülkilər təşkil edir.
Son iki ay ərzində Pakistanın küveytə şəhəri ardıcıl partlayışların şahididir. Bu terror aktlarında yüzlərlə adam ölüb və yaralanıb.