Muctəhid: Ərəbistan Yəməndə məğlub olub
Ərəbistanın twitter fəalı Muctəhid özünün son yazısında bunları ifşa edib: Ənsarullah hərəkatı və Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh hərbi, siyasi və kəşfiyyat baxımından Ərəbistanla savaşda qalib gəliblər.
Ərəbistanlı rəsmilərin Yəmən savaşından çıxmaq barədəki sözləri bu ölkənin özünün Yəmənə qarşı törətdiyi savaşdakı uğursuzluqları gedişatından xəbər verir və Yəmənin mübariz xalqının müqaviməti Ali-Səudu öz məğlubiyyətini boyun almağa məcbur edibdir.
ISNA-nın məlumatına görə, Ali-Səudun tənqidçilərindən olan Muctəhid öz twitter səhifəsində səudların Yəmənlə savaşdakı uğursuzluqlarına işarə edərək, bildirib ki, Ərriyad Amerikanın himayələri və bütün hərbi imkanlara rəğmən, Yəmən savaşında təqribən heç nə əldə edə bilməyibdir.
Ərəbistanın twitter fəalı Muctəhid səud rəsmilərinin Ərəbistanın məğlubiyyəti qarşısında susmalarına toxunaraq, əlavə edib: Ərriyad bu məsələni etiraf etməkdən çəkinir ki, birdən bu məsələ heysiyyətinə xələl gətirmiş olar.