Yəmən vətəndaşları 3 ildir Həccdən məhrumdur
Yəmən vətəndaşları ardıcıl 3-cü ildir ki, vacib həcc əməllərini yerinə yetirməkdən məhrumdurlar.
Yəmənin Vəfqlər Nazirliyi bildirib: Səudiyyə Ərəbistanı yəmənlilərin həcc mərasimində iştirak edə biləcəyini iddia etdiyi bir halda, hacıların ezam olunması üçün Yəmənin rəsmi dairələri ilə əməkdaşlıq etmir. Və çox az sayda yəmənli zəvvarın seçilməsi üçün yalnız özünə bağlı bəzi qruplarla əlaqədədir.
Bir Yəmən rəsmisi deyib: Bu üçüncü ildir ki, yəmənli zəvvarların rəsmi şəkildə Həccdə iştirakına qadağa qoyulub. Ərəbistan Yəmən səhnəsini Yəmənin nümayəndəsi hesab etdiyi muzdlulara verib və yəmənlilərin həccə gələ biləcəyini iddia edir.
Bu arada YUNİSEF-in Yəməndəki sözçüsü bildirib ki, bu ölkə real insan faciəsi ilə üzləşib. Müharibənin dayandırılması və qida və tibbi xidmətlərə şəraitin yaradılması ilə onun təhlükələri ilə mübarizə aparmaq lazımdır. Eyni zamanda elan olunub ki, Sənada 200 yerli dairədən təşkil olunan bir təşkilat yaradılıb. Təşkilatın məqsədi Yəmənin müharibəsi ilə qarşılaşmaq istiqamətində vətəndaşların əzab-əziyyətləri ilə mübarizənin aparılması və iş yerlərinin açılmasından ibarətdir.
Bir Yəmən vətəndaşı deyib: Yəmən yerdən, havadan və dənizdən mühasirədədir. Düşmənlər quru, hava və dəniz keçidlərinin yenidən açılmasına mane olurlar. Bizim bu mərhələdəki məqsədimiz çətin şəraitdə cəmiyyətin həmrəyliyinin gücləndirilməsi və ictimai əməkdaşlıqların artırılmasıdır.
Amma savaş cəbhələrində, Midi səhrasında irəliləməyə cəhd edən sudanlı muzdlu qüvvələr ciddi itkilərlə üzləşiblər. Eyni zamanda Yəmən ordusu və xalq qüvvələri əl-Couf vilayətində səudiyyəlilərə bağlı qüvvələrin mövqelərinə hücum və onları qaçmağa məcbur ediblər.
Hərbi hadisələrlə yanaşı siyasi dairələr bildiriblər ki, Ərəbistan vəliəhdi və müdafiə naziri Amerikaya mesaj verib ki, müharibəni dayandırmağa maraqlıdır. Xüsusilə də bu müddət ərzində heç bir məqsədini əldə edə bilməmişdir.