Müqavimət Rəfəh keçidindəki terror aktına qətiyyətli cavab verəcəyini bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280094-müqavimət_rəfəh_keçidindəki_terror_aktına_qətiyyətli_cavab_verəcəyini_bildirib
Fələstin İslam Cihadı Hərəkatının yüksək səviyyəli üzvü deyib: Müqavimətin Rəfəh keçidində terror aktının himayədarlarına cavabı ağır və peşmanedici olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2017 12:25 Asia/Baku
  • Müqavimət Rəfəh keçidindəki terror aktına qətiyyətli cavab verəcəyini bildirib

Fələstin İslam Cihadı Hərəkatının yüksək səviyyəli üzvü deyib: Müqavimətin Rəfəh keçidində terror aktının himayədarlarına cavabı ağır və peşmanedici olacaq.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstin İslam Cihadı Hərəkatının yüksək səviyyəli üzvü Əhməd Müdəlləl Rəfəhdə terror aktı nəticəsində şəhid olan Nəzal Cəfərinin dəfn mərasiminin kənarında deyib: Fələstin xalqı arasında fitnə törətməyə çalışan bütün şəxslərlə qətiyyətli şəkildə davranmaq lazımdır. 

Fələstin İslam Cihadı Hərəkatının yüksək səviyyəli üzvü İŞİD terror qruplaşmasının bölgədəki cinayətlərini pisləyərək deyib: Müqavimət Fələstində təkfirçilərin azğın ideologiyasını məhv etmək üçün bütün səyini göstərəcək. 

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın yüksək səviyyəli üzvü Musa Əbu Cəlidan da şəhid Cəfərinin dəfn mərasimində deyib: HƏMAS təkfirçi qrupların müəyyənləşməsi və onların kökünü kəsmək üçün təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq edəcək. 

Minlərlə fələstinli və Fələstinin müxtəlif qruplarının bəzi rəsmiləri, o cümlədən HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə ötən gün İzəddin Qəssam batalyonlarının mübarizlərindən şəhid Nəzal Cəfərinin dəfn mərasimində iştirak edib. 

İŞİD terror qruplaşması Nəzal Cəfərinin şəhid olması və bir neçə fələstinlinin yaralanması ilə nəticələnən Rəfəhdəki terror aktının məsuliyyətini üzərinə götürüb.