Avq 20, 2017 13:07 Asia/Baku
  • İspaniya məhkəməsi İsrailin baş nazirinə həbs hökmü çıxarıb
    İspaniya məhkəməsi İsrailin baş nazirinə həbs hökmü çıxarıb

İspaniyada bir məhkəmə sionistlərin 2010-cu ildə Mavi Mərmərə gəmisinə qarşı hücumuna görə sionist rejimin baş nazirinə qarşı həbs hökmü çıxarıb.

İnternaşnal Herald Tribun qəzetinin internet portalının verdiyi məlumata görə, İspaniyada bir məhkəmə hakiminin verdiyi hökümə görə, sionist rejimin baş naziri və onun nazirlərindən yeddi nəfəri 2010-cu ildə Mavi Mərmərə gəmisinə hücumda ittiham edilərək suçlu tanınırlar və İspaniya torpaqlarına daxil olan kimi həbs ediləcəklər. 

Eyni zamanda sionist rejimin XİN-i dünən gecə bildirib ki, İsrail İspaniya rəhbərləri ilə əlaqədə olaraq hakimin bu hökmünün ləğv edilməsinə çalışır. 

2015-ci ildə də İspaniyada bir məhkəmə Netanyahuya onun Qəzzə zolağına qarşı hücumlarına görə həbs hökmü vermişdi. 

2010-cu ildə hüquq müdafiəçiləri və xeyriyyə təşkilatlarının üzvlərindən ibarət bir qrup Qəzzəyə qarşı blokadanı sındırmaq məqsədi ilə kiçik gəmilərlə Qəzzəyə doğru yola düşdülər. Sionist rejim bu qəmilərin çoxunu saxladı amma Türkiyə vətəndaşlarından ibarət Mavi Mərmərə gəmisinə qarşı sionist hərbçilərin hücumları faciə ilə nəticələndi. Bu humanitar yardım gəmisinə sionist hücum nəticəsində 10 nəfər hüquq müdafiəçisi həlak oldu və bir neçə nəfər də yaralandı. 

Teqlər