Ayətullah Sistaninin nümayəndəsi Təl-Əfərdə cəbhənin ön xətlərində olub
Avq 25, 2017 14:26 Asia/Baku
-
Ayətullah Sistaninin nümayəndəsi Təl-Əfərdə cəbhənin ön xətlərində olub
İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Əli Sistaninin nümayəndəsi Təl-Əfərdə cəbhənin ön xətlərindən baxış keçirərkən döyüş meydanlarında hazır olan təhlükəsizlik qüvvələri və həşduşşəbi qüvvələri ilə görüşüb.
Ayətullah Sistaninin nümayəndəsi Əhməd Əlsafi bu görüşdə mübariz döyüşçülərin qələbələri və canfəşanlıqlarına görə təşəkkür edib və bunları yüksək qiymətləndiribdir.
Təl-Əfərin azad edilməsi əməliyyatı avqustun 20-də başlanıb və bu müddətdə iraqlı qüvvələr diqqətəlayiq uğurlar əldə ediblər.