Barizani: Referandum vaxtında keçiriləcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280962-barizani_referandum_vaxtında_keçiriləcək
İraq Kürdüstan bölgəsinin başçısı İraqdan ayrılmaq üzrə referendumun müəyyənləşdirilmiş zamanda keçiriləcəyini vurğulayaraq deyib: Bölgə əhalisinin bütün qrupları referendumun keçirilməsində qərarlıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2017 06:23 Asia/Baku
  • Barizani: Referandum vaxtında keçiriləcək
    Barizani: Referandum vaxtında keçiriləcək

İraq Kürdüstan bölgəsinin başçısı İraqdan ayrılmaq üzrə referendumun müəyyənləşdirilmiş zamanda keçiriləcəyini vurğulayaraq deyib: Bölgə əhalisinin bütün qrupları referendumun keçirilməsində qərarlıdır.

Rusiya Əl-Yəum telekanalının verdiyi məlumata görə, Barizani referendumun qarşıdakı miladi ayın 25-də keçiriləcəyini vurğulayaraq deyib: Referendum vasitədir hədəf deyil və sadəcə kürdlərə aid deyil, əslində bölgənin bütün etnik və dini qrupları ilə əlaqədar qərardır. 

Barizani deyib: Bölgə rəhbərliyi, Razılaşma və iştirak əsasında federal və demokratik İraqın yaradılması üçün bütün imkanlarını səfərbər edib və İraqla birlikdə olmaq uğrunda gedən bütün səylər səmərəsiz olmuşdur. 

İraqın Kürdüstan bölgəsinin referenduma israrı İraq dövləti və müxtəlif iraqlı qrupların qətiyyətli reaksiyasına səbəb olub.