Avq 28, 2017 14:31 Asia/Baku
  • İŞİD-in kimya mühəndisinə edam hökmü verilib
    İŞİD-in kimya mühəndisinə edam hökmü verilib

İraqın Ali Məhkəməsi terrorçu İŞİD qrupunun zəhərli qazların istehsalı bölməsinin baş mühəndisinə edan hökmü verib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İraqın Ali məhkəməsinin sözçüsü Əbdüssəttar Bayraqdar dünən bir bəyanatda deyib: Müttəhim İŞİD üçün zəhərli qazların istehsalı eləcə də raket və silah hazırlanması sahəsindəki öz fəaliyyətlərini etiraf edib. 

Başqa məlumata görə, Tələfərin azad edilməsinini ardınca Əl-Həşdüşşəbinin sözçüsü Əhməd Əl-Əsədi Əl-Məyadin telekanalına verdiyi müsahibədə Livan, Suriya və İraqın birgə mövqeyinin bu ölkələrin İŞİD terrorçularına qarşı son uğurlarının əsas səbəbi olduğunu bildirərək deyib: Tələfərdə qələbə terrorçulara qarşı hərbi qüvvələr arasında koordinasiyanın və İraq xalqının , dini təqlid mərcələrindən tutmuş, hökumət, xalq səfərbər qüvvələri və təhlükəsizlik qüvvələri arasındakı birliyin nəticəsidir. 

Teqlər