Pakistanda anti-Amerika aksiyaları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281074-pakistanda_anti_amerika_aksiyaları_davam_edir
Pakistanın müxtəlif şəhərləri bir daha anti-Amerika aksiyaların şahidi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2017 10:23 Asia/Baku
  • Pakistanda anti-Amerika aksiyaları davam edir
    Pakistanda anti-Amerika aksiyaları davam edir

Pakistanın müxtəlif şəhərləri bir daha anti-Amerika aksiyaların şahidi olub.

İranın ordu dilində yayımlanan telekanalının verdiyi məlumata görə, Pakistanın Gilgit Bəltistan, Pişavər, Xeybər Əbcensi, Moltan və digər şəhərlərində əhali aksiya keçirərək, ABŞ prezidenti Donald Trampın Pakistana qarşı son bəyanatını pisləyiblər. 

Pakistanlı aksiyaçılar anti-Amerika şüarlar verərək ABŞ-ı regionda destabilliyin amili adlandırıblar. 

Paytaxt İslamabad və cənubda yerləşən Kəraçi şəhərləri də son iki gündə Amerikaya qarşı geniş etiraz aksiyalarının şahidi olub. 

ABŞ prezidenti Donald Trampın Pakistan və Əfqanıstan barədə  yeni strategiyası Pakistan xalqı və rəhbələrini eləcə də tanınmış simalarını qəzəbləndirib.