İraqın baş naziri Tələfərin azad edilməsini rəsmən elan edib
İraqın baş naziri Heydər Əl-İbadi bu gün Tələfər şəhəri və Neynəva vilayətinin İŞİD terrorçularından tamamiylə təmizlənilməsini rəsmən elan edib.
İSNA bildirir: Tələfərin azad edilməsi əməliyyatı 20 avqustda başlandı və vaxtı ilə tam şəkildə İŞİD terrorçularının işğalında olan Neynəva tamamiylə terrorçulardan təmizləndi.
İraqlı qüvvələr cari həftənin ortalarında Tələfər şəhərinin mərkəzini də təmizlədilər amma şəhərin şimalında fərari İŞİD-çilərin toplaşdığı əraziyə çevrilən Əl-Əyaziyə şəhərciyi bu gün səhər tamamiylə azad edilmişdir.
İraq ordusunun zabitlərindən olan Kərim Əllami terrorçuların Təlləfərdəki son bazası olan Əl-Əyaziyyənin azad edilməsi əməliyyatını Mosul əməliyyatından da çətin olduğunu bildirib və deyib: Bu əməliyyatın uğurla yekunlaşması elə bir şəraitdədir ki, həmin ərazidə müxtəlif silah və sursata malik olan yüzlərlə terrorçu var idi və İŞİD snayperləri evlər və hündür binalarda pusqu qurmuşdular.
Bu məlumata görə, Neynəva vilayətinin terrorçulardan təmizlənməsi ilə artıq İraq qüvvələrin diqqəti Əl-Həvicə şəhəri və onun ətraf ərazilərinə yönəlib. Kərkükdə yerləşən bu ərazi Əl-Ənbarın bir hissəsi ilə birlikdə İraqın İŞİD-in işğalında qalan yeganə gölgələri hesab olunur.
İraqın ikinci iri şəhəri olan Mosulu özündə yerləşdirən Neynəva vilayətinin tamamiylə İŞİD-in işğalından azad edilməsi İraq ordusu üçün xüsusi əhəmiyyət kəsb edir.