Pakistan parlamenti ABŞ-ın hədələrinə qarşı qətnamə qəbul edib
Amerikanın Pakistanı terrorizmə dəstək verməkdə ittiham etməsinin ardınca bu ölkənin milli məclisi bir qətnamə qəbul edib və onda Vaşinqtondan istəyibdir ki, Pakistan ilə təhdid dili ilə danışmasın.
Pakistan milli məclisinin bütün üzvlərinin lehinə səs verdikləri bu qətnamədə vurğulanır ki, Pakistan terrorizmə qarşı müharibədə böyük maliyyə xəsarəti və insan tələfatı verib və Amerika bunu qəbul etməlidir ki, Pakistan terrorizmə qarşı müharibə yolunda addımlayır.
Pakistan parlamenti həmçinin Amerika prezidenti Donald Trampın anti-İslamabad mövqeyini pisləyərək, bildirib ki, bu mövqe ədavətli bir mövqe olubdur.
Pakistan xarici işlər nazirliyinin sözçüsü Nəfis Zəkəriyya dünən deyib: İslamabad Amerika ilə əlaqələrini tənzim və bu əlaqələrdə yaranmış problemlər qarşısında rəftar tərzini təyin etmək üçün konkret bir strategiya hazırlayacaqdır.
Nəfis Zəkəriyya İran İslam Respublikası daxil olmaqla bəzi region ölkələrinin ABŞ-ın rəftarları qarşısında Pakistana dəstək vermək üzrə mövqelərinə görə təşəkkür edərək, əlavə edib: İslamabad regional həll yolunu Əfqanıstan məsələsi üçün ən yaxşı həll yolu bilir və Əfqanıstan məsələsinin əsla hərbi həll yolu yoxdur.