Sen 01, 2017 17:43 Asia/Baku
  • İraq Kürdüstanı parlamentinin sədri Barizaninin birtərəfli hərəkətlərinə qarşı çıxıb

İraq Kürdüstanı parlamentinin sədri deyib ki, hər bir birtərəfli dəyişiklik və addım bu məntəqədə çaxnaşmaya səbəb olacaq.

İraq Kürdüstanı parlamentinin sədri Yusif Muhəmməd Qurban bayramı münasibətilə verdiyi müraciətdə İraq Kürdüstanı Demokrat Partiyasının fraksiya sədrinin İraq Kürdüstanı məntəqəsində referendumun keçirilməsinə dair sözlərinə reaksiyada deyib: Qanuni yolda atılmayacaq hər bir addım bu məntəqəni böhranla üzləşdirəcək.

Yusif Muhəmməd vurğulayıb: İraq Kürdüstanı məntəqəsində əhalinin siyasi və iqtisadi həyatını sistemli şəkilə salmaq bütün işlərdə milli səviyyədə barışığa səbəb olacaqdır.

İraq Kürdüstanı Demokrat Partiyasının yerli parlamentdəki fraksiya sədri Umid Xoşnav dünən demişdi ki, İraq Kürdüstanı məntəqəsində referendum hər bir şəraitdə keçiriləcəkdir.

İraq Kürdüstanı məntəqəsindəki bəzi partiyalar iyunun yeddisində bu məntəqənin başçısı Məsud Barizaninin iştirakı ilə keçirilən yığıncaqda İraq Kürdüstanı məntəqəsinin 2017-ci il sentyabrın 25-də İraqdan ayrılması barədə referendumun keçirilməsi ilə razılaşıblar.

İraq Kürdüstanı məntəqəsinin İraqdan ayrılmaq barədə referendumun keçirilməsinə israr etməsi İraq dövlətinin, müxtəlif iraqlı qrupların, eləcə də region və dünya ölkələrinin kəskin reaksiyaları ilə üzləşibdir.

Teqlər