İraqlı komandan Hizbullahın baş katibinə təşəkkür edib
-
İraqlı komandan Hizbullahın baş katibinə təşəkkür edib
İraqın Əhlül-Həqq batalyonlarının komandanı Livan Hizbullahının baş katibinin İraqa dəstəklərini yüksək qiymətləndirib.
Əl-Məyadin telekanlının verdiyi məlumata görə, şeyx Qeys Əl-Xəzəli qurban bayramı namazının xütbələrində deyib: Hizbullah İŞİD-in işğalçı hərəkətlərinin ilk günlərindən iraqlılara yardım göstərdi. Ərəb-İslam əxlaq prinsiplərinə əsasən İraq və iraqlılara tam səmimiyyətlə yardım edənlərin hamısına öz təşəkkürümüzü bildiririk. Müqavimət seyyidi olan seyyid Həsən Nəsrullaha da tutduğu mövqelərinə görə təşəkkürümüzü bildirir və ona hörmət edirik. O Hizbullah qəhrəmanları və döyüşçülərini İŞİD-ə qarşı mübarizədə bizim kənarımızda olmaq üçün göndərdi.
Qeys Əl-Xəzəli deyib: Biz Hizbullahın qəhrəman döyüşçülərinədə təşəkkürümüzü bildiririk ki, İraqda şəhidlər verdilər və burada onların qanları iraqlıların qanlarına qarışdı.