Sen 03, 2017 10:28 Asia/Baku
  • İŞİD başçılarının Təll Əfərdən qaçmasında ABŞ və Barzaninin rolu

İraq Hizbullahı Amerika və İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin İŞİD başçılarını Təll Əfərdən qaçırdıqlarını bildirib.

İraqın Neynəva vilayətinin qərbində yerləşən Təll Əfər şəhərinin azad edilməsi əməliyyatına 20 avqust 2017-ci il tarixində start verilmişdi. Bir həftə davam edən əməliyyatın ardınca şəhər terrorçuların işğalından azad edildi. 

İRNA-nın məlumatına görə, İraq Hizbullahı batalyonlarının sözçüsü Cəfər Hüseyni dəqiq informasiyalara istinad edərək, deyib: İŞİD başçıları Məsud Barzani və Amerikalılar arasında anlaşmanın əldə edilməsinin ardınca Təll Əfər və İyaziyə şəhərlərindən Neynəva səhrasına köçürülüblər. 

Bu məlumata görə, Təll Əfərin azad edilməsi əməliyyatının başlanmasından sonra İŞİD terrorçuları Məsud Barzaniyə məxsus olan 11 avtobus ilə İyaziyə şəhərinə doğru hərəkət ediblər. 

Cəfər Hüseyni bildirib ki, İraq Hizbullahı batalyonları ötən 6 ayda Məsud Barzani ilə Təll Əfərdəki işid başçıları arasına cərəyan edən koordinasiyaları diqqətlə izləyib və bu barədə rəsmi Bağdadı məlumatlandırıb. 

Hüseyni İraqın ən böyük problemini Amerikalıların İraqdakı iştirakı adlandırıb. 

Teqlər