Sen 06, 2017 19:58 Asia/Baku
  • İraq Ruhingiya müsəlmanlarının qırğın edilməsinə reaksiya verdi

İraq baş naziri və milli koalisiyanın başçısı iki ayrı bəyanatda Myanmanın Raxin əyalətində Ruhingiya müsəlmanlarının qırğın edilməsini pisləyiblər.

İRNA-nın məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi BMT və İslam Əməkdaşlıq Təşkilatına ünvanlanan məktubda bildirib: Myanmada Ruhingiya müsəlman aclığına qarşı baş verənlər soyqırımıdır və BMt bu soyqırımı qarşısında sərt mövqe sərgiləməlidir.

Heydər əl-ibadi bu məktubda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclas keçirməsini və Ruhingiya müsəlmanlarının xilası üçün beynəlxalq koalisiyanın təşkil olunmasının vacibliyini qeyd edib.

Milli Koalisiyanın başçısı və Milli Hikmət Hərəkatının rəhbəri Seyid Əmmar Həkim də bir bəyanatda beynəlxalq insan haqları müdafiəçisi təşkilatlarından məzlumları müdafiə etməsini və Myanma müsəlmanların məsuliyyət gözü ilə baxmalarını istəyib. Çünki onlar kor zorakılıqlarla üzləşiblər.

Teqlər