Sen 08, 2017 15:46 Asia/Baku
  • Pakistanın anti-Myanma qətnaməsi

Pakistan hökuməti Myanma hökuməti tərəfindən Ruhinqa müsəlmanlarına qarşı soyqırımını pisləyən qətnamə qəbul edib.

Pakistan hökuməti bu bəyanatda Nobel sülh mükafatçısı,  Myanma xarici işlər naziri və bu ölkənin dövlət müşaviri Aung San Suu Çi-dən istəyibdir ki, Ruhinqa müsəlmanlarına qarşı hücumları tez bir zamanda dayandırmaq üçün səy göstərsin.

Qətnamə həmçinin Birləşmiş Millətlər Təşkilatını Ruhinqa müsəlmanlarının öldürülməsi və soyqırımını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Pakistan şəhərləri son günlər Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı soyqırımı əleyhinə etiraz aksiyalarının şahididirlər. 

Teqlər