Sen 09, 2017 13:18 Asia/Baku
  • Nəim Qasım
    Nəim Qasım

Livan Hizbullahı baş katibinin müavini Müqaviməti əxlaq, sədaqət və beynəlxalq öhdəliklərə əməl etmək baxımından misilsiz nümunə adlandırıb.

Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, şeyx Nəim Qasım cümə günü axşam Beyrutda deyib: Müqavimət bütün anlaşmalara sadiqdir və heç kəs Hizbullahın bir dəfə olsun belə öz öhdəliyinə əməl etmədiyini sübut edə bilməz. 

Livan Hizbullahının baş katib müavini əlavə edib: Müqavimət Livan və regionda misilsiz bir nümunə olduğunu göstərib. Çünki, sionist rejimin muzdlularının ailələrini hədəfə almaqdan çəkinib və heç vaxt intiqam almaq niyyətində olmayıb. Çünki, terrorçular və muzdluların qadınları və uşaqları terror aktlarına görə məsuliyyət daşımırlar. 

Şeyx Nəim Qasım həmçinin deyib: Livanın şərqində terrorçulara qarşı son savaşlarda ölən hərbçilər və şəhid olan müqavimət qüvvələri ölkələrinin müstəqilliyini müdafiə etdilər və əgər onların fədakarlıqları olmasaydı, bu gün Livan təkfirçilər üzərindəki qələbənin şirinliyini dada bilməzdi. 

Livan Hizbullahı baş katibinin müavini sonda deyib: İslam müqaviməti milli birlik və İslam vəhdətinə önəm verir və ölkənin milli maraqları çərçivəsində bütün livanlı qruplar ilə əməkdaşlıq edir. 

Teqlər