Sen 11, 2017 16:23 Asia/Baku
  • Hizbullah asanlıqla işğal olunmuş Fələstinin şimalındakı qəsəbələrə daxil ola bilər
    Hizbullah asanlıqla işğal olunmuş Fələstinin şimalındakı qəsəbələrə daxil ola bilər

Sionist medialar etiraf ediblər ki, Hizbullah asanlıqla işğal olunmuş Fələstinin şimalındakı qəsəbələrə daxil ola və onları ələ keçirə bilər.

Əlminar telekanalının məlumatına görə, işğalçı rejim ordusunun işğal olunmuş Fələstinin şimalında manevr keçirməsinə rəğmən, sionist medialar etiraf ediblər ki, Hizbullah şübhəsiz, bir neçə dəqiqə ərzində sionist qəsəbələrə daxil ola və onları ələ keçirə bilər.

İşğalçı və düşmən sionist rejim ordusunun işğal olunmuş Fələstinin şimalında manevr keçirməsində məqsədi, Livan Hizbullahı ilə müharibənin və Hizbullahın sionist qəsəbələrə ehtimal olunan hücumu ilə mübarizənin simulyasiyasıdır. Belə bir halda, sionist mediaların ekspertlərinin etiraflarına görə, Hizbullah yaxşı bilir ki, necə bir neçə dəqiqə ərzində işğal olunmuş Fələstinin şimalına daxil olaraq, bir neçə gün onlara hakim olmuş olsun. Sionist Məariyo qəzeti yazıb ki, Hizbullah həm sionist qəsəbələrin içərilərinə daxil olmaq üçün bir neçə anti-tank batalyonu, həm də snayper göndərə bilər.

Bu qəzet əlavə edib: Hizbullah həmçinin dənizdə görünə bilər və bütün bunlar daxili cəbhəyə və təmas xətlərinin üzərinə yağan atəş çətiri ilədir.

Bu sionist qəzet bildirib ki, ehtimal olunan savaş təkcə Hizbullah ilə məhdudlaşmayacaq, həm də Suriya prezidenti Bəşşar Əsədin vəziyyətinin möhkənlənməsilə şərait daha da çətinləşəcəkdir.

Teqlər