Sen 17, 2017 12:40 Asia/Baku
  • Həbsdə olan 2 bəhreynli alimin səhhəti ağırlaşıb
    Həbsdə olan 2 bəhreynli alimin səhhəti ağırlaşıb

Ali-Xəlifə rejimi tərəfindən həbs edilərk, zindana salınmış bəhreynli alimlər şeyx Məcid Məşəl və şeyx Həsən İsanın səhhətində 9 günlük aclıq aksiyasının ardınca ciddi problemlər yaranıb.

Bəhreynin Cov Mərkəzi zindanında saxlanılan siyasi məhbuslar sentyabrın 9-dan zindan şəraitinə və məhdudiyyətlərin tətbiq edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb və bildiriblər ki, bu aclıq aksiyası tələblərinin təmin ediləcəyi zamana kimi davam edəcək. 

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, bəhreynli alimlər 9 gündür ki, Ali-Xəlifə rejiminin repressiyalarına etiraz olaraq aclıq aksiyasına başlayıblar. 

Bəhreynli alimlər həmçinin, ötən cümə axşamı bir bəyanat yayaraq, Ali-Xəlifə rejiminin əsiri olan siyasi məhbusların zindandakı müqaviməti və mübarizəsini alqışlayıb və xalqı siyasi məhbuslara dəstək verməyə səsləyiblər. 

Teqlər